Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mir" ödəniş sisteminə qoşulmaq ölkəmizi Qərbin iqtisadi və siyasi sanksiyalarına məruz qoya bilərmi?
"Mir" ödəniş sisteminə qoşulmaq ölkəmizi Qərbin iqtisadi və siyasi sanksiyalarına məruz qoya bilərmi?

Rusiya və Azərbaycan Qərbin Moskva Birjasına qarşı tətbiq etdiyi sanksiyalar fonunda hesablaşmalarda milli valyutalara keçidlə bağlı danışıqlara başlayıb. Bu barədə Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru İvan Timofeyev müsahibəsində bildirib. İvan Timofeyev qeyd edib ki, "Mir" ödəniş sistemi artıq xarici sərhədlərə çıxmağa başlayıb. “Bu ödəniş sistemi Azərbaycanın marağındadır. Belə ki, ölkədə rusiyalı turistlərin və sahibkarların sayının artmasına səbəb olacaq”, - Tomofeyev qeyd edib.

Rusiya və Azərbaycan arasında hesablaşmaların milli valyuta ilə aparılması, ölkəmizi Qərb tərəfdən iqtisadi və siyasi sanksiyalara məruz qoya bilərmi?

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, indiki sanksiyalar çərçivəsində Azərbaycan üçün heç bir təhlükə yoxdur. Çünki Qərbin Rusiyaya qarşı sanksiyaları digər valyutalarda əməliyyatların aparılmasına heç bir məhdudiyyət qoymur.

Əkrəm Həsənov Əkrəm Həsənov

“Qərb başa düşür ki, bunu sadəcə fiziki olaraq edə bilməz. Çünki Rusiya bir sıra ölkələrlə alver edir. Bura böyük ölkələr - Çin, Hindistan, Səudiyyə Ərəbistanı və digərləri daxildir. Qərb bunların hamısına qarşı sanksiya tətbiq etsə, özü də pis vəziyyətdə qalacaq və təklənəcək. Buna görə, mən bu əməkdaşlıqla bağlı bir problem görmürəm. Qərbin sanksiyaları daha çox öz valyutaları ilə bağlıdır. Biz də o sanksiyalara riayət edirik”-deyə iqtisadçı qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »