Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kameron: İyulda keçiriləcək sammitdə Kiyev NATO-ya dəvət edilməyəcək
Kameron: İyulda keçiriləcək sammitdə Kiyev NATO-ya dəvət edilməyəcək

Alyansın iyul sammitində Ukrayna NATO-ya dəvət almayacaq, çünki ABŞ buna qarşı olacaq.

Bizimyol.info xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron bloggerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Lexus) ilə söhbətində deyib. Yazı bloggerlərin "Telegram" kanalında dərc olunub.

Onlar Kemeronla Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun adından danışıblar. "Dəvət olmayacaq, çünki Amerika onu dəstəkləməyəcək", - deyə Kameron qeyd edib.

“Və mən prezident Zelenskiyə belə dedim: gəlin NATO-nun Ukraynaya dəstəyi ilə bağlı ən düzgün sözləri deməyə çalışaq, lakin sammitdən əvvəl NATO ilə Ukrayna arasında mübahisə olmamalıdır”, - deyə Britaniyanın xarici işlər naziri əlavə edib.

Kameronun sözlərinə görə, alyans iyul sammiti ərəfəsində Ukraynanın NATO ilə bağlı mövqeyinə görə ictimai mübahisəyə tab gətirə bilməz. “Mən bunu ağlabatan hesab edirəm. Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirəm, həmişə belə olmuşam və əminəm ki, bu baş verəcək, lakin bu dəfə biz bu dəvəti almayacağıq, ona görə də bu barədə mübahisə etməməyi vacib hesab edirəm”, - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »