Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu soyqırımı davam etdirmək üçün atəşkəs razılaşmasından yayınır
Netanyahu soyqırımı davam etdirmək üçün atəşkəs razılaşmasından yayınır

Həmas Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzada soyqırımı davam etdirmək üçün atəşkəs razılaşmasından qaçdığını bəyan edib.

Bizimyol.info “AA”ya istinadən xəbər verir ki, Rişk Netanyahunun İsrailin Qəzzada “qismən razılaşmaya hazır olduğu” ifadəsi ilə bağlı yazılı açıqlama verib.

“Netanyahunun qismən razılaşmadan danışması, eləcə də hücumları davam etdirməsi onu göstərir ki, o, məhbusların ailələrinə yalan danışır və onların uşaqlarının həyatı ilə maraqlanmır. Netanyahunun əsl məqsədi soyqırımı davam etdirmək üçün razılığa gəlməkdən qaçmaq, vaxt qazanmaq və atəşkəsdən yayınmaqdır”, - deyə Rişk vurğulayıb.

Rişk ABŞ administrasiyasını Netanyahunun tərəfini tutmağı və susmağı dayandırmağa, həmçinin müharibəni dayandırmaq üçün ona təzyiq göstərməyə çağırıb.

Eyni zamanda Həmas rəsmisi Qətər və Misir vasitəçilərinin Qəzzada atəşkəsə nail olmaq, İsrail ordusunun tamamilə geri çəkilməsi, həmçinin əsirlərin mübadiləsinə zəmanət verəcək razılaşmaya dair səylərinə müsbət yanaşdıqlarını vurğulayıb.

İyunun 23-də İsrailin “Kanal 14” televiziyasına müsahibə verən Netanyahu Qəzzada hücumları tamamilə dayandırmayacaqlarına diqqət çəkib: “Mən qismən razılaşmaya hazıram”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »