Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Szijarto Aİ-nin Ukraynaya hərbi təlimatçıların göndərilməsi təklifini açıqlayıb
Szijarto Aİ-nin Ukraynaya hərbi təlimatçıların göndərilməsi təklifini açıqlayıb

Avropa İttifaqının (Aİ) rəhbərliyi Ukrayna ordusunun əsgərlərinə təlim keçmək üçün Ukraynaya hərbi təlimatçıların göndərilməsini təklif edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

“Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ ölkələrinə Ukrayna ərazisində Ukrayna əsgərlərinə təlim keçməyə başlamağı təklif edib. Bu, başqa bir qırmızı xətti keçmək demək olacaq çox təhlükəli təklifdir”, - deyə Siyarto Aİ xarici işlər nazirlərinin görüşündən sonra Lüksemburqda macar jurnalistlərlə görüşdə deyib.

O qeyd edib ki, Macarıstan belə bir təşəbbüsü qəbuledilməz hesab edir, çünki bu, “Avropa əsgərlərinin Ukraynaya göndərilməsi istiqamətində praktiki olaraq ilk addım” ola bilər. Szijartonun çıxışı Macarıstanın "M1" telekanalı tərəfindən yayımlanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »