Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqibi geri çəkiləndən sonra Ruttenin NATO-nun yeni rəhbəri olacağı şübhəsizdir
Rəqibi geri çəkiləndən sonra Ruttenin NATO-nun yeni rəhbəri olacağı şübhəsizdir

Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi olması üçün heç bir maneə yoxdur.

Bizimyol.info xəbər verir ki, baş katibliyə namizədliyini irəli sürən Rumıniya prezidenti Klaus İohannis geri çəkilmək qərarına gələrək Rutteni dəstəkləyəcəyini bəyan etdikdən sonra hollandiyalı siyasətçi NATO üzvü olan 32 ölkənin dəstəyini qazanıb.

Avropa Birliyinin ən təcrübəli siyasətçilərindən biri və baş nazir kürsüsündə ən uzunömürlü siyasətçi olan Rutte namizədliyini elan etdiyi ilk anlardan NATO-nun bəzi böyük ölkələrinin, o cümlədən ABŞ-ın dəstəyini alıb.

Qərar verməyə tələsməyən Türkiyə Stoltenberqin varisinin Türkiyənin terrorla mübarizədə həssaslığına önəm verməsini, NATO və bəzi NATO ölkələrinin hansı mövqedə dayanması lazım olduğuna diqqət yetirməsini, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı ortaq müdafiə sənayesi əməkdaşlığı anlayışının davam etdirməsini istəyirdi.

Rutte ilə danışıqlar zamanı bu məsələlərlə bağlı təminatlar alınanda Ankara yaşıl işıq yandırıb. Ən son, çərşənbə axşamı Macarıstan və Slovakiya da Rutteyə dəstək verdiklərini açıqladılar. NATO-nun Daimi Nümayəndələri gələn həftə qeyri-rəsmi formatda görüşəcək və Rutte ilə bağlı konsensusu təsdiq edəcəklər.

Ən qısa zamanda keçiriləcək Şimali Atlantika Şurasının iclasında rəsmi təsdiq veriləcək.

Ruttenin oktyabrın 1-də vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »