Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun nüvə silahı ilə bağlı ritorikası vəziyyəti gərginləşdirir - Rusiya
NATO-nun nüvə silahı ilə bağlı ritorikası vəziyyəti gərginləşdirir - Rusiya

Kremlin sözçüsü Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberqin nüvə silahı ilə bağlı ritorikasının vəziyyəti gərginləşdirdiyini deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

15-16 iyunda İsveçrənin ev sahibliyi etdiyi Ukrayna Sülh Sammitini dəyərləndirən Peskov, bu sammitin Ukrayna böhranına həll yolu verə bilməyəcəyini bildirib. Kremlin sözçüsü Macarıstan, Serbiya və Türkiyənin sammitdə qəbul edilən birgə bəyannaməni dəstəklədiyinə diqqət çəkib: “Bu, ikitərəfli münasibətləri pozmayacaq. Təbii ki, biz bu ölkələrin yanaşmalarını nəzərə alacağıq. Bu bizim üçün vacibdir. Biz arqumentlərimizi izah etməyə davam edəcəyik”, - deyə qeyd edib.

NATO-nun baş katibi Stoltenberqin “NATO-da nüvə silahı döyüş başlığının istifadəyə hazırlanması ilə bağlı məsləhətləşmələr aparılıb” açıqlamasını dəyərləndirən Peskov bu açıqlamanın İsveçrədə keçirilən sammitdə qəbul edilən birgə bəyannaməyə zidd olduğunu qeyd edib.

Peskov: “Bu bəyanatda belə ritorikanın qəbuledilməz olduğu bildirilir. Ona görə də bu (Stoltenberqin bəyanatı) vəziyyəti gərginləşdirən elementdən başqa bir şey deyil”, - deyib.

Kremlin mətbuat katibi Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın "Ukrayna üzrə növbəti sülh sammiti münaqişələrə son qoymalıdır" bəyanatı ilə bağlı: "Rusiya tərəfinin bu məsələyə yanaşması şəffaf və ardıcıldır. Kuleba da bu yanaşmanı yaxşı bilir", - deyə dəyərləndirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »