Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
9 ölkə nüvə silahı üçün milyardlarla dollar xərcləyir
9 ölkə nüvə silahı üçün milyardlarla dollar xərcləyir

Nüvə Silahlarının Tam Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ICAN) 9 ölkənin 2023-cü ildə nüvə silahlarına ümumilikdə 91,4 milyard dollar xərcləyəcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, "ICAN"ın paylaşdığı hesabatda nüvə silahına pul xərcləyən ölkələrin ABŞ, Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan, Rusiya və İngiltərə olduğu bildirilib. Məlumata görə, nüvə silahı arsenalını genişləndirmək üçün ABŞ 51,5 milyard, Çin 11,9, Fransa 6,1, Hindistan 2,7, İsrail 1,1, Şimali Koreya 0,9, Pakistan 1, Rusiya 8,3 və Böyük Britaniya 8,1 milyard dollar xərcləyib.

"ICAN", xərclərin dəqiqədə 173 min dollar və saniyədə 2 min 898 dollara bərabər olduğuna diqqət çəkib. "ICAN" ABŞ-ın xərclərinin digər 8 ölkənin birgə xərcindən çox olduğunu vurğulayıb: “ABŞ-ın ümumi xərclərin payı, 51,5 milyard dollar, bütün digər nüvə silahı ölkələrinin cəmindən çoxdur və 2023-cü ildə nüvə silahı xərclərinin artımının 80 faizini təşkil edir”, - deyə bildirib.

"ICAN" son 5 ildə nüvə silahlarına 387 milyard dollar xərcləndiyini açıqlayıb: “Son 5 ildə nüvə silahına 387 milyard dollar xərclənib və bütün 9 nüvə dövləti modernləşməyə davam edərkən və bəzi hallarda arsenallarını genişləndirərkən, illik xərclər 34 faiz artaraq 68,2 milyard dollardan 91,4 milyard dollara çatıb”, - deyə bildirilir. Hesabatın müəlliflərindən biri Alicia Sanders-Zakre:

“Son beş ildə bu qeyri-insani və dağıdıcı silahlara xərclərin sürətlənməsi qlobal təhlükəsizliyi yaxşılaşdırmaqdan daha çox qlobal təhlükə yaradır”, - deyib.

Hesabatda "ICAN" insanların ehtiyac duyduğu resursların nüvə silahı yarışında "ehtiyatsızcasına xərcləndiyini" vurğulayıb: “Hər il nüvə silahına xərclənən milyardlarla dollar dövlət vəsaitlərinin yolverilməz şəkildə bölüşdürülməsi, çox ehtiyac duyulan resursları kütləvi qırğın silahları ilə ehtiyatsız yarışa tökmək əvəzinə, 9 nüvə silahlı dövləti öz vətəndaşları üçün həyati xidmətlər üçün pul ödəyə və ya ekzistensial qlobal böhranların həllinə kömək edə bilər.

İldə 91,4 milyard dollar iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək üçün 12 milyondan çox evi külək enerjisi ilə təmin edə bilər və ya iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və çirklənmənin azaldılması üçün lazım olan maliyyə boşluğunun 27 faizini bağlaya bilər. 2023-cü ildə nüvə silahı üçün xərclənən bir dəqiqə, əvəzinə bir milyon ağac əkmək üçün xərclənə bilər. “Beş illik nüvə silahı xərcləri, 45 milyon açlıq çəkən insanın həyati əhəmiyyətli ehtiyaclarını qarşılaya bilər”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »