Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist Sərxan Kamallı vəfat edib
Jurnalist Sərxan Kamallı vəfat edib

Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat veriblər.

Bildirilib ki, ötən gün insult keçirən və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist dünyasını dəyişib.

"1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Sərxan Kamallı Baku TV-nin redaktoru işləyirdi. Daha əvvəl o, bir çox media qurumlarında çalışıb.

Allah rəhmət eləsin!

Son xəbərlər
Bütün xəbərlər »