Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiyanın ikinci sülh sammitində iştirakına razı olacaqmı - Kulebanın cavabı
Ukrayna Rusiyanın ikinci sülh sammitində iştirakına razı olacaqmı - Kulebanın cavabı

Rusiya növbəti dünya sammitində iştirak edə bilər, bu vaxta qədər Ukrayna ən güclü mövqedə olmalıdır.

Bizimyol.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“İdeya ondan ibarətdir ki, növbəti sammit müharibənin sonu olacaq. Və təbii ki, danışıqlar masasında qarşı tərəfə ehtiyacımız olacaq. Aydındır ki, müharibəni bitirmək üçün hər iki tərəfin razılaşması mütləq lazım olur. Bizim işimiz Ukraynanın hazırda ən güclü mövqedə olmasını təmin etməkdir”, - deyə o qeyd edib.

Nazir bildirib ki, bu sammitdə yalnız Ukrayna sülh formulu nəzərdən keçirilib və Putinin ultimatumu iştirakçılarda “heç bir iştaha” oyatmayıb. Eyni zamanda, o, etiraf edir ki, gələcəkdə Moskva ilə danışıqlardan qaçmaq olmaz.

“Biz çox yaxşı başa düşürük ki, Rusiya ilə danışmağa məcbur olacağımız an gələcək. Amma bizim mövqeyimiz çox aydındır: biz Rusiyanın ultimatum dilində danışmasına imkan verməyəcəyik”, - deyə Kuleba vurğulayıb.

Qlobal Sülh Sammitinin ikinci günündə İsveçrə Xarici İşlər Nazirliyi növbəti belə tədbirin Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri öncəsi keçirilə biləcəyini bildirib.

Mətbuatın yazdığına görə, Sammitə ev sahibliyi edəcək ölkə Səudiyyə Ərəbistanı, Qətər və ya Türkiyə ola bilər. İsveçrə prezidenti qeyd edib ki, tədbirdə, hətta Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsinə order verməsinə baxmayaraq Rusiyanın dövlət başçısı Putinin iştirakı da mümkündür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »