Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir
NATO nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edir

NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə salınması zərurəti ilə bağlı məsləhətləşmələrə başlayıb.

Bizimyol.info xəbər veritr ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq bildirib.

"Mən nüvə başlığının işlək olması və onların necə saxlanacağı ilə bağlı əməliyyat təfərrüatlarına çox da varmayacağam, lakin bu məsələlərlə bağlı məsləhətləşmək lazımdır. Biz məhz bunu edirik", - deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı şəffaflıq NATO-nun “nüvə ittifaqı” olduğuna dair “aydın mesaj göndərməyə kömək edir”.

“NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyaya sahib olmaqdır, lakin nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır", - deyə Stoltenberq qeyd edib.

O bildirib ki, müasir silahların yaradılmasına böyük sərmayələr yatıran və 2030-cu ilə qədər nüvə başlıqlarının sayını 1 minə çatdırmaq niyyətində olan Çindən xüsusilə narahatdır. “Bu o deməkdir ki, yaxın gələcəkdə NATO əvvəllər görünməmiş vəziyyətlə üzləşə bilər – Çin və Rusiyada iki potensial nüvə düşməni bu, nəticələrə gətirib çıxaracaq”, - Baş katib deyib.

Stoltenberq əlavə edib ki, ABŞ və onun Avropalı müttəfiqləri hazırda nüvə arsenallarını yeniləyir. “ABŞ Avropada yerləşdirdiyi nüvə başlıqları üçün qravitasiya bombalarını təkmilləşdirir, Avropa müttəfiqləri isə NATO-nun nüvə missiyasına həsr olunmuş təyyarələri təkmilləşdirir”, - deyib.

Nəşrin məlumatına görə, Böyük Britaniyada yerləşdirilən 225 nüvə başlığından təxminən 40-ı, ABŞ-ın isə 1700 döyüş başlığı (və daha 3700-ü ehtiyatda) var. Eyni zamanda, qəzet vurğulayır ki, Fransa "çəkindirmə məsələsində müstəqilliyini qorumaq üçün uzun müddətdir qəbul edilmiş qərara görə öz nüvə arsenalını alyansa vermir".

Ukraynadakı vəziyyətdən danışan Stoltenberq Qərb ölkələrini Kiyevə yardımı davam etdirməyə çağırıb. “Mən tam əminəm ki, əgər Rusiya prezidenti Vladimir Putin Ukraynada qalib gəlsə, o zaman biz daha çətin vəziyyətdə olacağıq. Və sonra biz müdafiəmizə daha çox sərmayə qoymalı olacağıq”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »