Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: Əgər İsveçrə “dünyanı xilas etmək” istəyirsə, Putinin təklifləri müzakirə olunmalıdır
Zaxarova: Əgər İsveçrə “dünyanı xilas etmək” istəyirsə, Putinin təklifləri müzakirə olunmalıdır

İsveçrədə Ukrayna ilə bağlı konfransın iştirakçıları “dünyanı xilas etmək” istəyirlərsə, Rusiya prezidenti Vladimir Putinin sülh təkliflərini müzakirə etməlidirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveçrə forumunun başlaması ərəfəsində öklə mətbuatına möqe bildirib.

“Əgər siz dünyanı xilas etmək istəyirsinizsə, Vladimir Putinin təklifini müzakirə edin. Rusiya prezidenti hər şeyi dedi və sülhə gedən əsl yolu göstərdi. Yalnız sülh istəməyənlər görüb başa düşə bilməzlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, dünənRusiya prezidenti Putin Ukraynadakı münaqişənin həlli üçün yeni sülh təklifləri ilə çıxış edib. O, bildirib ki, bu, Krımın, "DXR", "LPR", Zaporojye və Xerson vilayətlərinin Rusiyanın regionları statusunun tanınmasını, Ukraynanın bloklara qoşulmamış və nüvəsiz statusunun möhkəmləndirilməsini, onun demilitarizasiyasını və denazifikasiyasını, anti-Rusiya sanksiyalarının ləğv edilməsindən dərhal sonra mümkün ola bilər.

Vladimir Zelenskinin ofisi bu təşəbbüsü rədd edib: “Bunda yeni bir şey yoxdur, heç bir real sülh təklifi yoxdur. Əksinə həmişəki kimi, hədə-qorxu və özünün qalib hesab edən tərəfin diktə etmək ritorikasıdır”, -deyə Prezident Aparatından bildirilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »