Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Rusiyanın bombalama taktikası barədə: “Hitler də eyni şeyi edirdi”
Zelenski Rusiyanın bombalama taktikası barədə: “Hitler də eyni şeyi edirdi”

Rusiya hər ay sırf Ukraynanın mülki əhalisi və infrastrukturuna qarşı 3200-3500 idarə olunan aviabombalar (İAB) buraxır.

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski İtaliyanın "Sky TG24" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, işğalçılar dinc sakinləri qorxutmaq üçün onları qəsdən vururlar: "Rusiya ayda 3200-3500 İAB-dan yalnız mülki əhali, mülki infrastruktur üçün istifadə edir... Bu bombalardan minlərlə istifadə edirlər ki, insanlar qorxsunlar və onlar bu və ya digər şəhərdən, bu və ya digər yaşayış məskənlərindən qaçsınlar ki, Rusiya bu kəndləri, şəhərləri işğal etmək imkanı qazansın. Və bu əsas məqsəddir. Necə ki, Hitler etdi - ardıcıl bombalama - hər şey eynidir, bir mənbədən alınan təlimat kimi", - deyə Zelenski bildirib.

O qeyd edib ki, diktator Vladimir Putinin Xarkovu ələ keçirmək əməliyyatı uğursuz alınıb. Ukrayna əsgərləri bölgədə vəziyyəti sabitləşdirib. Zelenski əlavə edib ki, Ukrayna ABŞ-dan böyük yardım paketinin qəbulunu 8 aydır gözləyirdi. Bu müddət ərzində Rusiya heç vaxt Xarkovu tuta bilmədi.

Zelenski Çin lideri Si Cinpinlə danışdığını da qeyd edib. O, Rusiyaya silah satmayacağına və daşımayacağına söz verib. Ukrayna prezidenti qeyd edib ki, o, “bu sözlərə etibar etməyə çalışır”.

Zelenskinin sözlərinə görə, əgər Çin Rusiyaya silah yardımında Şimali Koreya və İrana qoşularsa, bu, “faciə” olar. Ukrayna Qərb tərəfdaşlarından silah alsa da, Ukraynanın müdafiə sənayesi də çoxlu istehsal etməyə başlayıb. Xüsusilə, kruiz bombalarının Ukrayna versiyasının hazırlanmasına ehtiyac var idi.

Ukrayna mətbuatı yazır ki, Ukrayna qırıcıları NATO tipli İAB-ları atmağı öyrəniblər.

"Focus"un məlumatına görə, ruslar artıq Ukrayna istehsalı olan tənzimlənən aviabombaların təhlükəsini dərk edirlər. Onlar hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələri Qərb qırıcıları ilə birlikdə yeni sursatlardan istifadə edəcək və onlar müttəfiqlər tərəfindən peyklər vasitəsi ilə hədəflərin dəqiqləşdirilməsində birgə işləyəcəklər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »