Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST Qərb Sahilində sağlamlıq böhranının dərinləşməsindən narahatdır
ÜST Qərb Sahilində sağlamlıq böhranının dərinləşməsindən narahatdır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus işğal altındakı İordan çayının qərb sahilində dərinləşən sağlamlıq böhranından narahat olduqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, baş direktor bu barədə "X" sosial media platformasında İsrailin hücumları və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı paylaşım edib.

Qebreyesus buradakı səhiyyə infrastrukturuna hücumların və artan hərəkət məhdudiyyətlərinin səhiyyə xidmətlərinə çıxışın qarşısını aldığını bildirib.

Qebreyesus, 2023-cü ilin oktyabr ayından bu yana İordan çayının qərb sahilində 124-ü uşaq olmaqla 500 fələstinlinin öldüyünə, 5150-dən çox insanın isə yaralandığına diqqət çəkib. O qeyd edib ki, bu vəziyyət onsuz da çətin şəraitdə olan səhiyyə müəssisələrinin travma və təcili yardım yükünü daha da artırır: “Biz İordan çayının qərb sahilində mülki əhalinin, həmçinin səhiyyənin dərhal və aktiv şəkildə qorunmasına çağırırıq”, - deyib.

Qebreyesus bəyan edib ki, beynəlxalq humanitar hüquqa hörmət edilməlidir, bu isə “səhiyyənin müqəddəsliyinə həmişə hörmət edilməsi” deməkdir.

İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərə hücumu davam etdirir. Əl-Emari Qaçqın Düşərgəsi və ətrafı da İsrail ordusunun hədəfində olub. Düşərgəyə basqın zamanı 3-ü ağır olmaqla 7 fələstinli yaralanıb. Celezun Qaçqın Düşərgəsinə basqın zamanı bir fələstinli başından güllə ilə vurulub. Digəri isə ayağından və qarnından qəlpə yaralaı alıb. Basqın zamanı iki fələstinli də saxlanılıb.

İsrail əsgərləri həbsdən çıxan fələstinlinin bayrama hazırlıq görülən evinə də hücum edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 266 fələstinli həlak olub, 85 min 102 nəfər isə yaralanıb. Təxminən 34 min uşaq yaralanıb, 3 min 600 uşaq dağıntılar altında itib. Təxminən 1500 uşaq yaralanma səbəbindən əzalarını itirib və ya əlil olub.

Qəzza zolağının İsraildən başqa xarici dünyaya açılan yeganə sərhəd qapısı olan Rəfah Sərhəd Qapısının bağlanması qida qıtlığı ilə üzləşən Qəzzaya humanitar yardım axınına da ciddi təsir edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »