Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Panik atak nədir, əlamətləri nələrdir, hansı yaşda görülür, müalicəsi varmı?
Panik atak nədir, əlamətləri nələrdir, hansı yaşda görülür, müalicəsi varmı?

Panik atak heç bir aşkar səbəb olmadan, gözlənilmədən baş verən və vaxtaşırı təkrarlanan həddindən artıq çaxnaşma və ya qorxu hücumlarıdır. Cəmiyyətdə çox rast gəlinən və müalicəsinə məhəl qoyulmayan panik ataklar, ürək döyüntüsü və ya artan ürək döyüntüsü, tərləmə, titrəmə, nəfəs darlığı, sinə ağrısı və sıx qorxu, çaxnaşma və qeyri-real fikirlər kimi emosional simptomlar kimi fiziki simptomlarla baş verə bilər. Panik ataklar digər psixoloji pozğunluqlara da səbəb ola bilər.

Panik atak uşaqlarda və yeniyetmələrdə böyüklərdəki kimi özünü göstərir. Uşaqlarlarda ürək döyüntüsü, nəfəs darlığı, tərləmə, arıqlama, yeniyetməlik dövründə sinə ağrısı, baş ağrısı,yüksək hərarət başgicəllənmə kimi simptomlar daha çox müşahidə olunur. Uşaqlarda və yeniyetmələrdə müşahidə edilən panik ataklar təkcə agorafobiya (insan özünü təhlükəsiz hiss etdiyi bir yeri tərk etmək qorxusu) və panik pozğunluğun inkişafı ilə əlaqəli deyil. Bunun narahatlıq, əhval-ruhiyyə və stresslə əsaslanan pozğunluqlarla əlaqəli olduğu müəyyən edilmişdir.

Panik atak hansı yaşda başlayır?

Panik atakların başlama yaşının çox vaxt yeniyetməlik dövrünə (15-20 yaş) təsadüf etdiyi müşahidə edilir.

Panik atakların qadınlarda kişilərə nisbətən daha çox olduğu və qadınlarda daha erkən başladığı müəyyən edilmişdir.

Çaxnaşma pozğunluqları yeniyetmələrdə gənc uşaqlara nisbətən daha çox olur.

Panik atak keçirən insanların ən böyük qorxusu tək qalmaqdır. İnsanların çox olduğu yerlərdən də çəkinirlər. Çünki düşünürlər ki, bu yerlərdə hücumdan sonra asanlıqla özünə gələ bilməyəcəklər. Bu səbəbdən panik ataklar da insanlarda bu və buna bənzər fobiyalar yaradır. Panik ataklardan müalicə görməyən insanlar bədənlərindəki gərginliyi və stressi aradan qaldırmaq üçün özlərini rahatlaşdırmaq üçün narkotik və ya spirtə müraciət edə bilərlər. Bu, insanlarda asılılıq problemlərinə də səbəb ola bilər.

Klinik psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün panik atak geniş yayılmış bir mövzudur. Bu gün insanlar, məhz bu problemlə bağlı psixoloq və digər həkimlərə müraciət edirlər.

Ramin Hacıyev Ramin Hacıyev

“Panik atak zamanı həyəcan, təşviş, ölüm qorxusu, təzyiqin oynaması və s. bu kimi əlamətlər özünü göstərir. Panik atakda cins fərqi yoxdur. Daha çox cavan yaşında insanlar buna məruz qalır olur. Bəzən yeniyetmələrin arasında da bu əlamətlərin şahidi oluruq. Bu səbəbdən də qadınlarda və yaxud kişilərdə daha çox olduğunu demək olmaz”-deyən psixoloq bildirib ki, panik atakın tibbi müalicəsi var.

Bəzi həkimlər, nevroloqlar dərman təyinatına da üstünlük verirlər. Ancaq psixoloq bu vəziyyətlə razı deyil. Ramin Hacıyev hesab edir ki, tibbi müalicə ilə yanaşı psixoloji dəstəyə də ehtiyac var. Çünki bəzən tibbi müalicə olmadan belə bu problemi həll etmək və yaxşı nəticələr də əldə etmək mümkün olur.

“Öz şəxsi təcrübəmə əsaslanaraq, əminliklə bu sözü deyə bilirəm. Mən çox istərdim ki, faydalı tövsiyələr edim. Təəssüf ki, etməkdən vaz keçirəm, niyə? Ona görə yox ki, mən insanlara faydalı məsləhətlər vermək istəmirəm. Xeyr. Sadəcə panik atakın hansısa bir universal mübarizə üslubu yoxdur ki, deyək ki, bu üslubu hamı tətbiq edib, özünə bir şəfa tapa bilər. İnsan təşviş, həyəcan və ölüm qorxusu yaşayırsa, biz ona necə deyə bilərik ki, “həyata pozitiv bax, olduğun hallara fikir vermə”. Yəni insan əgər qorxu, vahimə və həyəcan içində yaşayırsa, ona heç bir belə məsləhət keçərli olmur”-deyə psixoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »