Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başlığı oxuyanda "yarış" başlayacaq... Niyə qaşınan birini görəndə bizi də qaşınma tutur?
Başlığı oxuyanda "yarış" başlayacaq... Niyə qaşınan birini görəndə bizi də qaşınma tutur?

Hər dəfə kiminsə qaşındığını görəndə siz də dərhal bədəninizdə gicişmə hiss edirsiniz. Bunu hamımız yaşadıq.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, əslində bu təsadüf deyil, çünki beynimiz bu davranışı çox asanlıqla qəbul edir.

Birinin qaşındığını görəndə daha qaşınmayacağınıza söz verə bilməsək də, bunun səbəbini izah edəcəyik.

Beynimiz bəzi davranışların sosial yoluxucu ola biləcəyini göstərən mürəkkəb neyron şəbəkəsi tərəfindən idarə olunur

Bu mövzuda araşdırma aparan elm adamları qaşınmanın son dərəcə təbii bir davranış olduğunu qəbul edirlər. Kiminsə qaşındığını görmək avtomatik olaraq qaşınma istəyi yaradır.

Beynimizdəki sinir dövrələri bir insanın qaşıdığı vizual və ya duyğu siqnallarını aşkar etdikdə qaşınma reaksiyası işə salınır. Bu qıcıqlandırma supraxiazmatik nüvə (SCN) adlanan beyin bölgəsində baş verir. Vizual stimulları qəbul edən beyin bölgələri də qaşınmaya səbəb olan GRP ifraz etməyə başlayır.

Siçanlar üzərində aparılan bir araşdırmada siçanın başqa birinin qaşıdığını gördükdə beynində GRP ifraz etdiyi məlum olub

Bu, qaşınmanın yoluxuculuğunun beyində müəyyən kimyəvi siqnalların qarşılıqlı təsiri ilə əlaqəli olduğunu göstərir. Ancaq bu reaksiya tamamilə nəzarətsiz deyil. Tədqiqatçılar müəyyən ediblər ki, GRP və ya GRP reseptorunu bloklamaqla siçanların qaşıntını görəndə qaşımaq istəyi azalıb.

Bu da sübut edir ki, qaşınma təkcə psixi reaksiya deyil, müəyyən kimyəvi siqnalların təsiri altında baş verən fizioloji reaksiyadır.

Odur ki, kiminsə qaşındığını görəndə içinizdə o qaşınma hissi yarananda qorxmayın. Bu sadəcə beyninizin instinktiv reaksiyasıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »