Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurbanlığın hökmləri... Hansı heyvanlar qurbanlıq kimi kəsilə bilər? Qurban əti necə paylanmalıdır?
Qurbanlığın hökmləri... Hansı heyvanlar qurbanlıq kimi kəsilə bilər? Qurban əti necə paylanmalıdır?

"Qurban bayramında müsəlmanlar daha çox qurban kəsir, onun ətini Allah yolunda paylayırlar. Qeyd edək ki, Allah-Təala bu heyvanların ətinə möhtac deyil. Bu işdə təsirli olan və bizi Allaha yaxınlaşdıran da bu qurbandan əldə etdiyimiz savab, itaət və Uca Allahın əmrini yerinə yetirmək üçün saf niyyətimizdir".

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Hacı Cavad" məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev danışıb.

İbrahim Quliyev İbrahim Quliyev

Fəlsəfə doktoru İbrahim Quliyev qurbanla bağlı müqəddəs kitabdan nümunələr gətirib: Uca Allah “Həcc” surəsinin 37-ci ayəsində belə buyurmuşdur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”

İbrahim Quliyev Qurban kəsməyin hökmlərindən söz açıb: "İslam ehkamına görə, qurban kəsməyin çox böyük savabı vardır. Lakin qurban kəsmək üçün bəzi şərtlərə riayət edilməlidir. Kəsim vasitələri dəmirdən olmalı, heyvan qibləyə baxmalı, kəsməzdən əvvəl heyvanın diri olmasına əmin olunmalı, kəsən şəxs müsəlman olmalı, heyvanı kəsərkən Uca Allahın adını çəkməli, heyvanın başını kəsərkən onun boğazının altındakı dörd damarını kəsməlidir. Bununla bərabər, heyvanı kəsən şəxsin öncədən heyvana su verməsi, onu digər heyvanların yanında kəsməməsi, heyvan daha az ağrı hiss etsin deyə bıçağı iti etməsi bəyinlmiş əməllərdəndir".

Hansı heyvanlar qurban kəsilə bilər?

"Qurban kəsilə bilən heyvanlardan sırasına inək (camlş), qoyun (keçi) və dəvə daxildir. Maral, cüyür, ceyran, antilop kimi vəhşi heyvanların əti halaldır, lakin onlar qurban kəsilmir. Həmçinin quş növündən olan heyvanlar da qurban kəsilməz".

Qurbanlıq üçün seçilən heyvan hansı şərtlərə uyğun olmalıdır?

  • Qurbanlıq dəvə ən azı beş, inək iki, qoyun bir yaşında olmalıdır, lakin 6-7 aylıq qoyun kök olsa, kəsilə bilər.
  • Gözləri sağlam olmalıdır, yəni kor olmamalıdır.
  • Qulaqları kəsilməməlidir.
  • Qolları və ayaqları topal olmamalıdır.
  • Buynuzu sınıq olmamalıdır.
  • Çox qoca olmamalıdır.
  • Qurban sağlam olmalıdır, ona görə də xəstə heyvan qurban kəsilməməlidir.
  • Heyvan çox arıq olmamalıdır.

Qurban əti necə paylanmalıdır?

"Həzrət Peyğəmbər və onun Əhli-beyti qurbanın üçdə birini qonşularına, üçdə birini kasıblara verir, yerdə qalan üçdə birini ailələri üçün saxlayırdılar".

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »