Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sinəyə oturan öküz"... Stress və narahatlıq beyində baş versə də, təsirlərini bədənimizdə hiss edirik
"Sinəyə oturan öküz"... Stress və narahatlıq beyində baş versə də, təsirlərini bədənimizdə hiss edirik

Stressli bir an yaşadığınız zaman boğazınızın tıxandığını və ya sinənizə ağıqlıq çökdüyünü heç hiss etmisinizmi? Əslində bunların hamısı beynimizdə meydana gəlsə də, niyə bədənimizdə belə hisslər yaşayırıq?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, qorxu və narahatlıq kimi mücərrəd vəziyyətləri təsvir edərkən çox vaxt bu hisslərin bədənimizdəki əksini təsvir edirik. Əslində hiss etdiyimiz bu duyğular ürəyimizin döyünməsinə və ya dizlərimizin zəifləməsinə səbəb olur.

Bəs bədəninizin digər hissələrində bu güclü duyğuları niyə və necə hiss edirik? Bütün bunlar əslində beynimizdə baş vermirmi?

Araşdırmalar göstərir ki, duyğular beynimizdə doğulur, ancaq bədənimiz beynimizin əmrlərini yerinə yetirir

Təkamül nöqteyi-nəzərindən, beynimiz bizi uçan qayadan və ya sürətlə gələn yırtıcıdan xilas etmək üçün xəbərdar edir.

Başqa sözlə, bizi mümkün təhlükələrdən xəbərdar etməyə və beləliklə də bizi yaşatmağa çalışır. Ancaq müasir həyatda təhlükəni qavrayışımız yaxınlaşan yırtıcıdan qaçmağı tələb etmir. Bu səbəbdən yeni dövrdə yaşadığımız narahatlıqlar çox daha mücərrəddir və beynimiz bu narahatlıqları təhlükə faktoru kimi qəbul edir.

Məsələn, min illər əvvəl qəbilədən qovulmaq bizim yaşamaq şansımızı azaldacaq amil idisə, bu gün sosial çevrədən kənarda qalmaq həyatımızı təhlükəyə atmır. Ancaq beyin bu iki vəziyyət arasındakı fərqi bilməyə bilər, buna görə də yaşamaq instinkti ilə bir xəbərdarlıq olaraq bədənimizə yaşanan narahatlığı əks etdirir.

Yəni beynimiz müxtəlif bölgələrin köməyi ilə nəyisə təhlükəli kimi qəbul etdikdə bizi xəbərdar etməyə çalışır

Təhlükənin aşkarlanması tez baş verir, çünki bu, bizi həyatda saxlamağın vacib hissəsidir. Məsələn, qədim zamanlarda bir yırtıcı ilə qarşılaşan zaman insanın sağ qalmaq üçün çox az vaxtı olurdu və bu vaxtdan yaxşı istifadə etməli idi. Bu cavabların işlənməsi və ötürülməsinə cavabdeh olan müxtəlif bölgələr var.

Bu səbəblə əsas diqqəti sizi həyatda saxlamaq olan beyin təhdid faktorunu təsbit etdikdə bu məlumatı bir vəziyyətin emosional əhəmiyyətini və veriləcək cavabı anlamaqdan məsul bölgə olan amigdalaya ötürür. Bu vəziyyətdə amigdala beynin məntiqi təfəkkürlə əlaqəli bölgələrini keçərək bu mesajı və fiziki reaksiyaları birbaşa aktivləşdirir.

Başqa bir misal gətirək, amigdalaya yaxın olan hipokampus ətraf mühitdə nəyin təhlükəsiz, nəyin təhlükəli olduğunu əzbərləyir. Bu şəkildə qorxunu mənalı edir. Yəni zooparkda gördüyünüz yırtıcıdan qorxmamaq lazım olduğunu beynə deyən bölgədir.

Xülasə olaraq, beynin göndərdiyi siqnallar bədənimizin müxtəlif şəkildə reaksiya verməsinə səbəb olur

Beynimiz müəyyən bir vəziyyətdə qorxu reaksiyasının haqlı olduğuna qərar verərsə, sizi dərhal hərəkətə hazırlamaq üçün bədənimizi səfərbər etmək üçün siqnallar göndərir. Əllərimizin tərləməsi, ani qızdırmalar, ürək döyüntülərimizin sürətlənməsi və buna bənzər hallar məhz belə olur.

Yəni stresli bir vəziyyətlə qarşılaşdığımızda diqqətin artması və onu təhlükə kimi qəbul etmə mərhələsi beyində meydana gəldiyi halda, bundan sonra hiss edəcəyiniz fiziki təsirlər isə beynin göndərdiyi siqnallar sayəsində bədəndə meydana gəlir. Çünki beyin sizin yaşadığınız stress və ya narahatlığı təhlükə kimi qəbul edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »