Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaşı çatan kişi Azərbaycan vətəndaşları orduya çağırılır, müddətdən artıq hərbi xidmət istəyə bağlıdır"
"Yaşı çatan kişi Azərbaycan vətəndaşları orduya çağırılır, müddətdən artıq hərbi xidmət istəyə bağlıdır"

"Azərbaycanda alternativ hərbi xidmətlə bağlı müəyyən müzakirələr aparılır. Qanunda səfərbərlik və çağırışla, hərbi xidmətlə bağlı müəyyən dəyişikliklər ola bilər. Bu, dünyada və qardaş ölkə Türkiyədə olan təcrübədən irəli gəlir. Digər tərəfdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ali baş komandanı, Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən Türkiyə modelinə keçidlə bağlı Azərbaycan ordusunun qarşısında öhdəliklər qoyulub. Biz artıq o tapşırığın yekun mərhələsindəyik, çox işlər görülüb və hələ də görülməkdədir. Bu səbəbdən də, qanunda müəyyən təkmilləşdirmələr və dəyişikliklər olması istisna olunmur".

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert müqavilə əsasında hərbi xidmətə qəbuldan da söz açıb. Şair Ramaldanov bildirib ki, Azərbaycan ordusu profesisonal orduların inkişafı istiqamətində inkişaf edir. Polkovnikin fikrincə, Vətən müharibəsində professional hərbçilərin fəaliyyəti öyrənilib. Azərbaycan ordusunda buna üstünlük verilir. Çünki professional hərbçi ilə, müddətli hərbçi arasında professionallıqda həddindən çox böyük fərq var. Professional hərbçi özünü qoruya bilir. Bu isə, itkilərin azalmasına səbəb olur. Digər tərəfdən də əldə olan texnikanı daha keyfiyyətli daha da məqsədyönlü istifadə olunur. Bu, döyüş tapşırığının yerinə yetirilməsində vacib amildir. Ona görə də bu proses hələ də davam edir.

Şair Ramaldanov Şair Ramaldanov

Şair Ramaldanov bu iki prosesin fərqli olduğunu dilə gətirib. Hərbi ekspert bildirib ki, Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə ildə 4 dəfə çağırış həyata keçirilir. Bunun nəticəsində yaşı çatan kişi Azərbaycan vətəndaşları orduya çağırılır. Alternativ xidmət çağırışla bağlıdır. Müddətdən artıq hərbi xidmət isə, hər kəsin öz istəyinə bağlıdır. Bu zaman şəxs qoyulan tələblərə uyğun gəlirsə, orduya müqavilə əsasında qəbul olunur və xidmət edir. Müqavilə bitdikdə, yenidən yenilənə bilər. Belə olduğu halda, hərbi hissə tərəfindən müraciət olsa müqavilənin yenilənməsinə baxıla bilər. Müraciət olunmursa, şəxsin müddəti bitəndə təxris olunur.

Polkovnik əlavə edib ki, bu gün Azərbaycan ordusuna müraciətlər çoxdur.

“Hərbi hissələrə də müraciətlər olunur. Vakansiya olduqda vakansiya yerlərini doldurmaq üçün orada seçim olunur, elan olunur. Yer olmadığı təqdirdə onların müraciətləri yığılır, sonra onlara məlumat verilir, onların arasında seçim olunur və sınaq keçirilir. Ən yaxşıları, ən yüksək nəticə göstərənləri Azərbaycan ordusunda xidmətini müqavilə əsasında davam edirlər. Bu da təbii bir prosesdir. Çünki nə qədər çox müraciət olsa, o qədər də keyfiyyət cəhətdən ən yüksək nailiyyətləri əldə edən, qəbul şərtlərini yerinə yetirən namizədləri orduya müqavilə bağlayaraq cəlb edə bilrik. Azərbaycan ordusunda hərbi vəzifələr və müqavilə əsasında xidmət edənlərin sayı çoxalır”-deyə Şair Ramaldanov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »