Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məişət zorakılığı, cinayət xəbərlərinin həddən artıq qabardılması psixologiyaya mənfi təsir edir"
"Məişət zorakılığı, cinayət xəbərlərinin həddən artıq qabardılması psixologiyaya mənfi təsir edir"

Bir müddət Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Türk vətəndaşı Yeşil Ahmet Turanın azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Yeşil Ahmet Turan bildirib ki, psixoloji sıxıntıları, problemləri varmış.

Yeşil Ahmet Turan adlı şəxs azyaşlı övladının geyiminə daş-qum yığaraq onu öldürməkdə şübhəli hesab edilir. Maraqlısı budur ki, son dövrlərdə ailələrdə olan problemlərin acısını uşaqlar yaşayır. Bir müddət əvvəl ölkəni silkələyən “balta” cinayətində də iki uşaq qatilin qurbanı oldu...

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, azyaşlı cinayətində müxtəlif səbəblər ola bilər.

Nura Cəfərzadə Nura Cəfərzadə

“Cinayətkarın psixi vəziyyəti yerində olmaya bilər. Ola bilər ki, narkotik istifadə etsin və həmin vəziyyətdə bu hadisəni törətmiş olsun. Bununla yanaşı, pedofil atalar var. Bu səbəbdən də hadisə baş vermiş ola bilər. Biz bu hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyimiz üçün hansısa fikir yürütmək düzgün olmaz”-deyə psixoloq bildirib.

Psixoloqun sözlərinə görə, bu tip hadisələrin sayının çoxalmasına səbəb sosial şəbəkələrdə bu tip xəbərlərin həddən çox işıqlandırılması ola bilər. Yəni insanlara biraz cəsarət gəlir. “Dəli cəsarəti”, belə “dəli cəsarəti” gəlir. Bu kimi xəbərlərin işıqlandırılması hardasa onlara yol göstərmək kimi olur. Görürlər, təkrarlayırlar.

Ümumiyyətlə intihar, ailədaxili mübahisələr, qadın cinayətləri və s. bu kimi xəbərləri paylaşanda həssas yanaşmaq lazımdır. Bu xəbərlər psixoloji cəhətdən insanlara təsir edə bilər. Bu kimi hadisələr insanların psxiologiyasına təsir edir. Mən şəxsən bu xəbərlərin yayımlanmasının əleyhinəyəm. Etiraf edək ki, baş verən cinayət xəbərlərinin yayılmasının bir əhəmiyyəti yoxdur. Onsuz da cinayəti törədən şəxslərin cəzasını hüquq mühafizə orqanları verir. Yəni xəbərlərin yayımlanmasının heç bir mənası, faydası yoxdur”-deyə psixoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »