Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan ərazisində müsəlman əhali təkdırnaqlı heyvanların ətini istehlak etmir"
"Azərbaycan ərazisində müsəlman əhali təkdırnaqlı heyvanların ətini istehlak etmir"

Bir neçə gün öncə sosial şəbəkələrdə Qazaxıstandan Azərbaycana 14 ton at ətinin idxal olunması ilə bağlı məlumatlar paylaşılsa da, Qida Təhlükəsizliyi Agentliyi həmin informasiyanı təkzib edib.

AQTA-dan Bizimyol.info xəbər portalına verilən məlumatda bildirilir ki, Qazaxıstandan Azərbaycana at əti idxal olunmur. Əksinə, Azərbaycandan Qazaxıstana at əti ixrac edilir. 14 ton at ətinin gətirilməsi ilə bağlı məlumatın dərc olunduğu xəbər portalı ilə əlaqə saxlayıb, bu statistikanın mənbəsini öyrənməyə çalışsaq da, cəhdimiz uğursuz alınıb. Ümumiyyətlə, Azərbaycanda belə bir statistika varmı? Olubmu?

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəzirli Bizimyol.info xəbər portalının suallarını şərh edib.

"Öncəliklə onuq qeyd edək ki, bu, dini inancla, ya mentalitetlə bağlıdır - onu dəqiq bilmirəm. Azərbaycan ərazisində müsəlman əhali təkdırnaqlı heyvanların ətini istehlak etmir. Ölkəmizdə bu qəbildən olan heyvanların əti yeyilmir, o cümlədən də atın. Hətta belə bir fikir də var ki, təkdırnaqlı və gövşəməyən heyvanların əti yeyilmir. Ona görə də Azərbaycana qanuni yollarla at əti idxal edilməsinə mən də inanmıram. Məsələ burasındadır ki, Azərbaycanda vaxtilə bir ara belə faktlar olub ki, at ətini mal əti kimi bazarlarda satıblar. Bunun satışını həyata keçirən insanların da həbsi həyata keçirilib. Ancaq indi əti qaçaq yolla ölkəyə necə daxil etmək olar, onu deyə bilmirik. Bununla yanaşı məndə belə bir statistika da yoxdur ki, ölkəyə 14 ton at əti idxal olunub. Bu barədə xəbəri yayan mətbuat orqanı hansı mənbəyə istinad edir, bilmirəm. O ki qaldı Azərbaycandan Qazaxıstana və Türkmənistana at ətinin ixrac edilməsi, bu, tam mümkündür.

Bizim ölkədə at əti yeyilməsə də, at bəslənilir. Bu heyvanlar daha çox minicilik və yük üçün yetişdirilir. İndi ola bilsin, kiminsə atı çoxdur, belə olanda da təyinatı dəyişərək, heyvanı kəsib, ət şəklində satmaq istəyir. Belə olanda da at əti yeyən ölkələrə ixrac edə bilir. Amma qeyd olunan statistika ilə bağlı məsələni dəqiq deyə bilməyəcəm" - deyə, kənd təsərrüfatı üzrə mütəxəssis qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »