Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"3 turistin vaqonlara vurduğu zərərə görə araşdırma aparıldıqdan sonra səbəbi açıqlanacaq"
"3 turistin vaqonlara vurduğu zərərə görə araşdırma aparıldıqdan sonra səbəbi açıqlanacaq"

Bir neçə gün əvvəl Bakı metropolitenin deposuna daxil olaraq, 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb. Bildirilib ki, turist kimi Azərbaycanda olan Avstraliya, Yeni Zelandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.

Həmin şəxslər müəyyən olunaraq saxlanılıb və dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Hazırda qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacağı gözlənilir.

Etiraf etməliyik ki, bu hadisə əslində ciddi təhlükəsizlik probleminə işarədir. Metro girişlərində dar keçiddə növbəsiz dağınıq daxilolmalar, eyni zamanda çanta yoxlanışında yaranan sıxlıq da təhlükəlidir. Turist görünümlü "məqsədli" şəxslərin olması və onların bizim ictimai nəqliyyatımıza qarşı təxribat törətməsinin özü də ciddi problemdir.

Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ilk öncə hüquq mühafizə orqanları bu 3 xarici vətəndaşla dinləmə aparacaqlar.

Rüfət Quliyev Rüfət Quliyev

“Təbiidir ki, bir qiymət veriləcək, səbəbləri araşdırılacaq və ondan sonra biz deyə bilərik ki, məqsəd nədən ibarət idi. Bu səbəbdən də biraz səbirli olub, gözləyək və sonda hansı səbəblər bu insanlarda olub ki, bunlar belə məntiqsiz addımlar atıblar”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »