Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan Brüssel görüşü öncəsi sərhəddə hərbi texnika yığmaqla "gərgin vəziyyət" adlı şou göstərir"
"Paşinyan Brüssel görüşü öncəsi sərhəddə hərbi texnika yığmaqla "gərgin vəziyyət" adlı şou göstərir"

"Azərbaycanla şərti sərhəddə Ermənistanın hərbi texnikasının yığması təxribata cəhd olduğunu hesab edirəm. Paşinyan yaxşı bilir ki, Azərbaycan ordusu ilə heç vaxt müharibə edə bilməyəcək. İndiki şərti sərhədimizdəki hərəkətlənmələr şou xarakteri daşıyır".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, Tavuş bölgəsinin sakinləri ilə görüşdə Paşinyan dörd kəndi qaytarmayacağı təqdirdə, Azərbaycanın müharibəyə başlayacağını bildirmişdi. Görüşdə Paşinyana ermənilərin münasibəti heç də gözlənilən kimi olmadı. Ona görə də indi şərti sərhəddə hərbi texnikanı yürütməklə ictimaiyyət qarşısında səsləndirdiyi fikirlərini doğru olduğuna inandırmağa çalışır.

Azər Badamov Azər Badamov

“Digər tərəfdən şərti sərhəddəki bu hərkətlənmələr 5 apreldə Paşinyan, Blinken və Lyayen Brüsseldə keçiriləcək görüşşlə bağlıdır. Paşinyan şərti sərhəddə hərbi qüvvələrini yığmaqla vəziyyətin gərgin olduğunu göstərməyə çalışır. Paşinyan belə hərəkətləri ilə ABŞ və Avropa İttifaqından daha çox dəstək alacağına ümidlənir. Baş nazir fikirləşmir ki, Ermənistan Ukrayna deyil. ABŞ və Avropa İttifaqı gəlib erməninin yerinə ordumuzla müharibə edəsi deyillər. Belə ki, 5 apreldə müəyyən bir kağız imzalansa da Qərbin Ermənistana reallıqda verəcəyi, ancaq cəlbedici səslənən vədlərdən başqa bir şey olmaycaq”-deyə Azər Badamov bildirib.

Deputat vurğulayıb ki, ordumuz Ermənistanla şərti sərhəddimizə nəzarət edir. Əgər Ermənistan tərəfindən ərazilərimizə qarşı hər hansı bir təhlükə müşahidə edilərsə dərhal qarşısı alınacaq.

“Şərti sərhədlər çox etibarlı şəkildə qorunur və yaxın vaxtlarda şərti sərhəddimizi həqiqi sərhəddə çevirəcəyik”-deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »