Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli baş həkim: "Dövlət xəstəxanaları ilə özəl xəstəxanalar bir-birinin rəqibi deyil" - Video
Türkiyəli baş həkim: "Dövlət xəstəxanaları ilə özəl xəstəxanalar bir-birinin rəqibi deyil" - Video

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)”, “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkətinin birgə təşkilatçılığı, VISA şirkətinin baş sponsorluğu ilə ölkədə ilk dəfə bu gün Səhiyyə Menecmenti Zirvəsi təşkil olunub.

Bizimyol.info xəbər verir ki, Səhiyyə Zirvəsi Menecmenti Zirvəsində ilk çıxış edən spikerlərdən biri Ankara Bilkent şəhər xəstəxanasının Ürək Damar Xəstəxanasının Baş həkimi Mehmet Ali Özatik olub. O, çıxışında ilk olaraq rəhbərlik etdiyi xəstəxananın inşası, quruluşu, yerləşməsi, tərkib hissəsi, otaqlarının sayı, tibbi personalı, yaradıldığı gündən bu yana qəbul edilən xəstə sayı, əməliyyat olunan şəxslərin sayı və s. ilə bağlı detallı məlumat verib. Onun sözlərinə görə, çalışdığı xəstəxana böyüklüyünə və bir dəfəyə inşa edilməsinə görə dünyada ilklər sırasındadır.

Mehmet Ali Özatik çıxışından sonra tədbirin moderatoru Nigar Rüstəmlinin sualını da cavablandırıb. Belə ki, Nigar Rüstəmli “Türkiyədə kifayət qədər təkmilləşdirilmiş dövlət xəstəxanaları var. Bəs nə üçün hələ də bu imkanlara baxmayaraq özəl xəstəxanaları seçən vətəndaşlar var?” deyə sual ünvanlayıb. Mehmet Ali Özatik, bu sualı “Təbii ki, bu, vətəndaşların seçimidir. Lakin onu da əlavə edim ki, dövlət xəstəxanaları 2023-cü ildən daha əvvəl inşa edilib. Hər keçən gün texnologiya və ümumiyyətlə, tibb sektoru inkişaf edir. Ona görə yeni inşa edilən xəstəxanaların üstünlüyü bundadır”,-deyə baş həkim cavablayıb.

Mehmet Ali Özatik qeyd edib ki, dövlət və özəl xəstəxanalar bir-birinin rəqibi deyil.

“Ortaq xidmət gerçəkləşdiririk. Bizim xidmətlərdən vətəndaşlar yararlanmalıdır”,-deyə baş həkim Mehmet Ali Özatik sonda qeyd edib.

“Səhiyyə Menecmenti Zirvəsi” tədbirinin birinci panelinin spikeri Mehmet Ali Özatikin çıxışını Bizimyol.info xəbər portalının rəsmi Instagram kanalında izləyə bilərsiniz.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Səhiyyə Menecmenti Zirvəsi” tədbirinin rəsmi media tərəfdaşıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »