Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Almaniyaya gedib.
Bizimyol.info xəbər verir ki, Prezidentin Əlaqələr İdarəsindən verilən məlumata görə, Ərdoğan Almaniya kansleri Şolzla görüşəcək.
İclasın gündəmində İsrailin Qəzzaya hücumları ilə yanaşı, iki ölkə arasındakı əlaqələr, xüsusilə də iqtisadiyyat müzakirə olunacaq.
Prezident Ərdoğan Qəzza diplomatiyası çərçivədə Ankara-Berlin xəttində mühüm görüş baş tutacaq. Prezident Ərdoğan Almaniya kansleri Scholz ilə Baş Nazirlikdə görüşəcək. İki lider regional məsələləri, eləcə də İsrailin Qəzzaya hücumlarını müzakirə edəcəklər.
Prezident Ərdoğanın Berlindəki təmasları çərçivəsində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşü də nəzərdə tutulur. Görüşlərdə iki ölkə arasındakı münasibətlər də dəyərləndiriləcək.
Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşlarından biridir. Prezident Ərdoğanın səfəri də bu baxımdan çox önəmlidir. Türkiyə Prezidentinin məqsədi ilin sonunda 50 milyard dollarlıq ticarət hədəfini ən qısa zamanda aşmağz nail olmaqdır.
Qadir, Bizimyol.info






