Nazir Gülər AK Partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısı öncəsi mətbuat mənsublarının suallarını cavablandırıb.
Bizimyol.info xəbər veririr ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
"F-16" döyüş təyyarələri ilə bağlı ABŞ ilə aparılan danışıqlara gəlincə, Gülər: "Mövcud vəziyyət davam edir. Hər hansı bir irəliləyiş olarsa, sizə məlumat verəcəyik", - deyə qeyd edib.
Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə Türkiyə və Yunanıstan nümayəndə heyətləri arasında keçirilən Etimad Tədbirləri Görüşü ilə bağlı nazir Gülər: "Görüşlər çox müsbət keçdi. Ümid edirəm ki, belə davam edəcəyik. Bunun müqabilində biz də Yunanıstana gedəcəyik. Səfərin tarixi hələ təyin edilməyib. Prezidentimizin səfərindən sonra 2-ci Etimad Tədbirləri Görüşü olacaq və bu görüş orada keçiriləcək. İndi onlarla görüşüb razılığa gələcəyik. Görüşün tarixini qarşı tərəf müəyyən etdiyi üçün biz də gözləyəcəyik”, - deyə nazir bildirib.
Qadir, Bizimyol.info






