Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan: "Netanyahu, bunu yaxşı bil, gedirsən"
Prezident Ərdoğan: "Netanyahu, bunu yaxşı bil, gedirsən"

Prezident Ərdoğan İstanbulda Hospis Sosial Xidmət Şəhərinin Açılış Mərasimində iştirak edib.

Bizimyol.info xəbər verir ki, oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumlarının  davam etdiyini bildirən prezident Ərdoğan baş nazir Binyamin Netanyahuya sərt reaksiya verib.

Türkiyənin birlik və həmrəyliyinin əhəmiyyətini vurğulayan prezident Ərdoğan: “Netenyahu iki naziri götürüb mətbuata açıqlama verir. O, çox narahat olub. Ər-Riyad Sammiti və Makronun açıqlamaları onu narahat edib. Keçən gün nə dedim; "Hey Netanyahu, bunlar sənin yaxşı günlərindir." Sizi fərqli günlər gözləyir. Kəfənə bükülmüş 3-5 yaşlı o körpələr, balalar... Onların lənətləri sizə xoşbəxtlik gətirməyəcək. Netanyahu, bunu yaxşı bil, artıq gedirsən, gedirsən. Alma məzlumun ahını çıxar ahəstə-ahəstə”, - deyib.

"Oktyabrın 7-dən bu yana bütün səylərimiz atəşkəsin təmin edilməsinə və regionda sülhün təmin olunmasına yönəlib. Dünən Ər-Riyad Sammitində Fələstin xalqı ilə həmrəy olduğumuzu nümayiş etdirdik. Bir çox məsələlərlə bağlı mühüm qərarlar qəbul etdik. Məskunlaşanların terrorçu elan edilməsi bu yekun bəyannamənin ən mühüm bəndi idi. Qəbul edilən qərarlara əməl edəcəyik. Qəzzada qırğına son qoymaq üçün səylərimizi davam etdirəcəyik", - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan deyib ki, şərşənbə günü həyat yoldaşımın himayəsi ilə İstanbulda keçiriləcək beynəlxalq toplantı ilə mövqeyimizi daha da irəli aparacağıq: "Biz bütün vicdanlı ölkələri səfərbər etmək üçün addımlar atmağa davam edəcəyik. Biz öhdəliklərimizin fərqindəyik. Bunu soyuqqanlı addımlarla yerinə yetirməyə çalışırıq. Bundan sonra biz məzlumları məyus etməyəcəyik", - deyə dövlət başçısı bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »