Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Numeroloqdan təklif: "İcra başçısının təyinatı doğulduğu və ya yaxın ərazi olmalıdır" - Video
Numeroloqdan təklif: "İcra başçısının təyinatı doğulduğu və ya yaxın ərazi olmalıdır" - Video

Təhsilli, ali savadlı hər insan istənilən bölgədə işləyə bilərmi? Əgər elədirsə, niyə bəzi icra hakimləri vəzifələrini düzgün şəkildə icra edə bilmirlər? İnsanların böyüdüyü mühit, rəqəmsal hesablamaları iş həyatında böyük rol oynaya bilərmi?

“Ambisiya hər bir insanda var. Ambisiyasız insan məqsədsiz bir insandır. Sadəcə olaraq ambisiyaların cilovlanması söhbəti var. Yəni onu idarə etmə bacarığı var. Mən Bakıda doğulmuşam 1978-ci ildə Azərbaycanlı ailəsində. Amma mənim əslim köküm Şəmkir rayonundandır. Məsələn, mənim kimi insana birdən desələr ki, “Lənkəran-Astara..., cənub bölgəsində işlə”. Mən orada işləyə bilmərəm. Bunun sadə izahatını verim. Mən oranın insanlarının mentalitetinə bələd deyiləm. Ora qonaq kimi getmişəm, gəlmişəm. Hər bir bölgənin öz enerjisi, öz mentaliteti, öz adət-ənənəsi var. Ona görə vəzifələrə təyin olunan insanlarda buna fikir vermək lazımdır.

Məsələn, əslən Qubalı olan bir insanın gedib Füzulidə icra hakimi işləməyi düzgün olmaz. Bu şəxs, Şimal bölgəsinin adamıdır. Oradakı insanların öz adət-ənənələri, öz düşüncə tərzləri var. Seçilən şəxs, o bölgəyə uyğun bir adam olmalıdır. Ən azından o bölgənin adamı olmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov danışıb.

Numeroloq Xəyal Məmmədov Numeroloq Xəyal Məmmədov

Numeroloq bildirib ki, insanın enerjisi tək onun rəqəmləri ilə qurulmur. Rəqəmlər, insanın doğum tarixi, adı bu hesablama üçün bazadır. Ancaq insanın doğulduğu mühit, yaşam tərzi, aldığı təlim-tərbiyə də böyük rol oynayır. Bunları nəzərə almaq lazımdır.

Xəyal Məmmədovun fikirləri ilə Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında tanış ola bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »