Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski NATO-nun İsveç və Ukraynanın üzvlük müraciətləri ilə bağlı qərarsızlığını tənqid edib
Zelenski NATO-nun İsveç və Ukraynanın üzvlük müraciətləri ilə bağlı qərarsızlığını tənqid edib

NATO-nun İsveç və Ukraynanın üzvlük müraciətləri ilə bağlı qərarsızlığı alyansın gücünü və qlobal təhlükəsizliyi təhdid edir.

APA xəbər verir ki bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Slovakiyada mətbuat konfransında deyib.

Ukrayna Prezidentinin sözlərinə görə, bu məsələlərdə NATO müttəfiqləri həmrəylik göstərmir: "Düşünürəm ki, bununla bağlı kifayət qədər birlik yoxdur. Bu, alyansın gücünə təhlükədir. Bu, bütün dünyanın təhlükəsizliyi üçün çox vacibdir".

Zelenski əlavə edib ki, Kiyev gələn həftə Vilnüs sammitində "müsbət nəticələr və ya ən azı müsbət nəticəyə doğru müəyyən addımlar" gözləyir.

"İnanıram ki, təcavüzkarla, Rusiya ilə vəziyyət bundan asılıdır, çünki Rusiya dünya ilə ittifaqda zəiflik və parçalanma nümayiş etdirəcəyinə ümid edir və buna yol vermək olmaz", - o deyib.

Ukrayna lideri həmçinin sammitdə Ukrayna üçün "müdafiə paketlərini gözlədiyini" əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »