Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa 20-ci əsrin sonlarında belə Afrikda kütləvi şəkildə qətliamlar törədib"
"Fransa 20-ci əsrin sonlarında belə Afrikda kütləvi şəkildə qətliamlar törədib"

"Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Həmin dövrlərdə 1,5 milyon əlcəzairli qətlə yetirilib". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə danışıb.  Ölkə başçısı bildirib ki, “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.

Azərbaycanda maraqlı bir atalar sözü var. Deyir ki, “öz gözündə tiri görmür, özgə gözündə tel axtarır”. Fransaya nəzərə salanda da görünən odur ki, bu ölkə əslər boyu həyata keçirdiyi qətliamları, soyqrıımları unudub, indi Azərbaycanı Ermənistana təcavüzdə günahlandırır. Əslində isə, haqdan, ədalətdən öncə haqqa, ədalətə dəyər verən danışmalıdır.

“Fransada baş verən hadisə əslində insanlıq əleyhinə, insan haqqlarının pozulması və insan hüquqlarına qətiyyən hörmət edilməməsinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Fransa dövləti, Fransa höküməti yaxşı olar ki, öz dinc sakinlərinə qarşı soyqırım və təzyiq elementlərindən əl çəksin və onların normal haqqlarının onlara verilməsini təmin etsin. Azərbaycanın Fransadakı nümayişlərə və baş verən etiraz aksiyalarına münasibəti bundan ibarətdir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Samir Hümbətov danışıb.

Samir Hümbətov Samir Hümbətov

Samir Hümbətovun sözlərinə görə, Fransa və Makron höküməti öz daxilindəki problemləri həll etməli, Fransada yaşayan təqribən 22 faizə qədər olan qeyri-fransızlara qarşı ikili yanaşmanın, 2-ci, 3-cü millət olaraq baxılmasının qarşısı alınmalıdır. Onlara qarşı ayrı-seçkilik aradan qaldırılmalıdır.

“Fransa 20-ci əsrin sonlarına, hətta 90-cı illərin ortalarına qədər belə Afrikda kütləvi şəkildə qətliamlar törədib. Sonuncu dəfə 1994-cü ildə 800 min insanın həyatına son qoyub. Eyni zamanda Əlcəzairdə Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi 1,5 milyon insanın, azadlıq döyüşçüsünün qətliamına səbəb olan hərəkətlərə yol verib. Yəni bunlar hamısı Fransanın tarixinə yazılmış qara ləkədir. Əslində Fransa öncə özünün tarixinə baxmalıdır. Etdiyi utancverici hərəkətlərə görə, həmin xalqlardan üzr istəməli, onlara təzminat ödəməlidir. Eyni zamanda öz daxilində yaşayan insanların haqları verilməlidir. O haqqlar verilmədən, başqa dövlətlərə, başqa xalqlara qarşı hərhansı bir fikir, hər hansı bir iddia səsləndirmək ən azından absurd bir məsələdir”-deyən politoloq bildiirb ki, Azərbaycan prezidentinin toxunduğu məsələlər Fransa üçün önəmlidir. Çünki bu vəziyyətin yaranmasında, mövcud hökümət yəni Makron hökümətinin yarıtmaz fəaliyyəti dayanır. Azərbaycan prezidentinin tələbi ondan ibarətdir ki, həm daxildə olan məsələlərə ciddi yanaşılmalıdır, həm də Fransa öz məsələlərini həll etməlidir.

“Birincisi, Qarabağda yaşayan erməniləribağlı fikirləşməli deyil. İkincisi, Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi qətliamlara görə cavab verməlidir. Etdikləri utanc verici hərəkətlər var. Onların kəllə sümüklərini yığıb saxlayırlar. Onların həmin ölkələrə qaytarılması və bu ləkənin aradan qaldırılması lazımdır”-deyən Samir Hümbətov qeyd edib ki, sadalananların önəmli olmasına baxmayaraq, Fransa bunları etməyəcək. Hər halda, Fransa etdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Müəllif: Bəli, təəssüflə qeyd etməliyik ki, bu gün Azərbaycanda Fransada baş verən aksiyalardan, insan hüquqlarının pozulmasından danışanda bəzi qaragürühlar o saat dilini də deyil, barmaqalarını işə salıb yazır ki, “öncə Azərbaycanda insan hüquqlarına verilən dəyərdən danış, sonra Fransaya baxarasan”… Təbii ki, Azərbaycanda da vəziyyət güllük-gülüstanlıq deyil, amma Fransa qədər də deyilik… Azərbaycanda da insan hüquqları pozulur, bahalaşma var... Hər halda Azərbaycan öz daxili problemlərinə arxa çevirib, başqa ölkələrin daxili siyasətinə müdaxilə etmir.

İradə Cəlil, Biizmyol.info

Son xəbərlər
Bütün xəbərlər »