Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya burada texnogen qəza törədə bilər"
"Rusiya burada texnogen qəza törədə bilər"

Bir müddət əvvəl Rusiya, Ukrayna silahlı qüvvələrinin hücumlarının qarşısını almaq məqsədilə kaxovka su anbarını partlatmışdı. Bu hadisə Ukrayna qüvvələrinin hücumlarının qarşısını almadı. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya bu dəfə Zaporojye AES-i partlatmaq niyyətindədir. Rusiya bu addımı atarsa, təkcə Ukrayna deyil, əksər ölkələrin ekologiyası, ətraf mühiti təhlükə altında olacaq…

“Ukraynanın uğurlu əks hücumları fonunda demək olar ki, rus qoşunları Şərq istiqamətində çətin bir vəziyyətlə üzləşib, böyük itkilər verirlər. Rusiya düşünürdü ki, Kaxovka su anbarını partlatmaqla Ukrayna əks hücumlarını dayandıra biləcək amma göründüyü kimi bu o qədər də mümkün olmadı. Əks hücumları lokal şəkildə davam etməkdədir və uğurlu alınır. Əlbəttə Rusiya çalışacaq ki, əks hücumları dayandırsın. Amma Zaporojye Atom Elektrik stansiyasının partladılması istiqamətində addımlar atmaq istəyir, planları var”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Məhəmməd Əsədullazadə danışıb. O, qeyd edib ki, Ukrayna bu istiqamətdə kəşfiyyat məlumatlarına malikdir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Politoloq vurğulayıb ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır və burada radiasiya sistemi təkcə, Ukraynanın deyil, bütün Avropanın ekologiyasını təhdid edə bilər.

“Rusiya burada texnogen qəza törədə bilər, radiasiyada sızması və s. mümkündür. Əgər böyük su anbarını partladırlarsa, təbii ki, Zaporojye AES-də də belə bir texnogen qəza həyata keçirə bilər. Ümumiyyətlə, Rusiyanın siyasi elitası, xüsusilə Putin Ukrayna dövlətçiliyi, xalqı qəbul edilmir. Əgər Qərb olmasa demək olar ki, atom islahatı Ukrayna xalqına Ukrayna dövlətinə tətbiq edilə bilər”-deyən politoloq Zaporojye AES-də texnogen qəzanın törədilməsini də istisna etmir. Onun fikrincə, bu yenə Qərbin addımlarından asılı olacaq. Qərb konkret addımlar atmasa və Rusiyaya qarşı ciddi siyasi təzyiqləri etməsə, Rusiya tərəfi AES-i partlada bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »