Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mirzoyan və Bayramov gələn həftə Vaşinqtonda danışacaq - Paşinyan
Mirzoyan və Bayramov gələn həftə Vaşinqtonda danışacaq - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib ki, gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılacaq.

Bizimyol.info xəbər verir ki, Paşinyan çıxışı zamanı bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərində İrəvanın mövqeyi dəyişməz olaraq qalır  və sülhün əldə olunması və sülh müqaviləsinin imzalanması üçün bütün səylər göstərilməlidir.

"Gələn həftə Vaşinqtonda xarici işlər nazirləri ilə Azərbaycan arasında görüş keçiriləcək. Bizim nümayəndə heyəti isə bu yanaşma ilə ABŞ-a gedir", - deyə Paşinyan əlavə edib.

Məlumat üçün bildirək ki, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin Bakının xahişi ilə təxirə salınmışdı.

Onu da qeyd edək ki, Vaşinqtonda nazirlərin əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »