Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: "Ermənistanın Rusiya sülhməramlılarına qarşı ittihamları tamamilə əsassızdır"
Zaxarova: "Ermənistanın Rusiya sülhməramlılarına qarşı ittihamları tamamilə əsassızdır"

"Ermənistanın Rusiya sülhməramlılarına qarşı ittihamları tamamilə əsassızdır. Bununla bağlı media ritorikasının dərəcəsini azaltmağı şiddətlə tövsiyə edirik".

"Report"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarova qeyd edib ki, Moskva sərhəd xəttinin keçidinin müəyyənləşdirilməsində Bakı və İrəvana kömək etməyə hazırdır.

“Rusiya tərəfi dəfələrlə məsləhətçi yardımla Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın səmərəli, hərtərəfli işinə başlamağı təklif edib. Rusiya ilə sərhəd xəttinin keçidinin müəyyənləşdirilməsində kömək etməyə hazırıq”, - deyə o fikrini yekunlaşdırıb.

Son xəbərlər
Bütün xəbərlər »