Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Çin liderini diktator adlandırıb
Bayden Çin liderini diktator adlandırıb

ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpini “diktator” adlandırıb. Amerika liderinin belə bir bəyanatla dövlət katibi Entoni Blinkenin Çinə səfərindən və xüsusən də Si ilə görüşündən bir gün sonra çıxış etməsi diqqət çəkir.

Bizimyol.info xəbər verir ki, “The Guardian” məlumat yayıb və bildirib ki, Çin Xarici İşlər Nazirliyi Baydenin sözlərinə reaksiya verib və etirazını bildirib.

"Amerika tərəfinin bəyanatları son dərəcə absurddur, son dərəcə məsuliyyətsizdir, faktlara ziddir, diplomatik etiketi əhəmiyyətli dərəcədə pozur, Çinin siyasi ləyaqətinin ciddi şəkildə pozulması və açıq siyasi təxribatdır", - deyə Çin Xarici İşlər Nazirliyi qəzəblənib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden yaxın vaxtlarda Çin prezidenti Si Cinpinlə görüş keçirməyi planlaşdırır. Amerika liderinin sözlərinə görə, danışıqlar zamanı Vaşinqtonla Pekin arasında fikir ayrılıqları müzakirə oluna bilər.

Yeri gəlmişkən, ABŞ prezidenti Co Bayden 2023-cü ilin əvvəlində ABŞ ərazisi üzərində Amerika qırıcısı tərəfindən Çin şarının vurulması hadisəsindən sonra Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı aparmağa çalışmağa başlayıb. Lakin Çin rəhbəri həmin vaxt bu cəhdlərə məhəl qoymayıb.

Bundan əlavə, ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri zamanı prezident Si Cinpinlə danışıqlar apardığı bildirilib. Görüş zamanı amerikalı siyasətçi Pekini əmin edib ki, Vaşinqton hələ də Tayvanın müstəqilliyini dəstəkləmir.

Onu da qeyd edək ki, Çin Pekində yerləşən xarici səfirliklərdən və beynəlxalq təşkilatlardan öz binalarının xarici divarlarından “siyasi təbliğat” üçün istifadə etməməyi xahiş edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »