Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk dövlətləri birləşərək Günəş enerjisi istehsal etməlidir" - Video
"Türk dövlətləri birləşərək Günəş enerjisi istehsal etməlidir" - Video

“Bizim enerji olaraq istifadə edəcəyimiz ən önəmli ünsür, Allahın yer üzünə təbii olaraq verdiyi Günəş şüalarının enerjiyə çevrilməsidir. Bu, sonsuz bir enerjidir. Bu enerjini əldə edə bilmək üçün Türk dövlətləri birləşərək, öz ölkələrində enerji istehsal etməlidir. Yəni Günəş enerjisi istehsal edilməlidir. Biz Günəş enerjisinin hüceyrələrini Çindən almamalıyıq”...

Bu barədə Bizimyol.info xəbər portalına Tükiyəli kimya mühəndisi Ercan Çelik danışıb. Mütəxəssisin fikrincə, işığı enerjiyə çevirən ünsürlərin hüceyrələrini biz xarici ölkələrdən almamalıyıq. Bunu biz özümüz istehsal etməliyik. Bütün evlərin üzərində Günəş enerjisi panelləri olmalıdır. Bütün şəhərlərimizi Günəş enerjisi panelləri ilə təchiz etməliyik.

ekoloq, kimya mühəndisi Ercan Çelik Ercan Çelik

“Enerji sahəsində çox önəmli hesab edilən istilik reaktorları var. Və yaxud qazla istehsal edilən enerjilər var. Bunlar faydasızdır. Bunun əvəzinə biz külək enerjisi, günəş enerjisi, hidroelektrik enerjisi, dalğa enerjisi, ixrac edilən qazlardan yaradılmış enerjilər istehsal edə bilərik.

Dalğa enerjisi, dağlardan axan sulardan əldə edilə bilər. Dağlardan sular boş-boş axır. Bunların hər birinin üzərinə bir reaktor qurula bilər. Həmin ərazilərin ekosistemi, canlı sistemi pozulmadan suyun keçdiyi yerlər nəzarətə alınaraq, bunlardan çox yaxşı şəkildə istifadə etmək mümkündür”-deyən Çelik bildirib ki, bu suvarmada da istifadə edilə bilər.

Ekspertin fikrincə, qlobal istiləşmənin digər bir səbəbi də buzlaqların əriməsidir.

Buzlaqlar niyə əriyir?

Atmosferin daxilində müəyyən təbəqələr var. Bu təbəqələrdə istixana effekti yarandığı zaman dünya isinir. Buna qlobal istiləşmə deyirik. Bu istiləşmə dünyada 2 dərəcə olduğu zaman, bunun təsir dərəcəsi həddən artıq olur.

Qısası, bəşəriyyət öz sonuna yaxınlaşır...

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »