Azərbaycanda 22 yaşlı tələbə qız qəflətən vəfat edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib.
Bildirilib ki, Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə 22 yaşında qəflətən dünyasını dəyişib.
Qeyd edək ki, AzTU-dan verilən məlumatda Sona Qarazadənin əlaçı tələbə olduğu qeyd edilib.