Şəmkirdə “Azərbaycan Dəmir Yolları”na məxsus yük qatarında yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi verilən məlumata görə, rayonunun Dəllər qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb.
Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;