Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəyə külli miqdarda narkotik vasitələr gətirilməsinin qarşısı alınıb
Ölkəyə külli miqdarda narkotik vasitələr gətirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi mM=əlumat verib.

Son günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 34 kiloqram 370 qram narkotik vasitəyə, 3557 ədədpsixotrop tərkibli həbə bənzər maddələrinvə 957 ədəd dərman preparatının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Mart ayının 31-də saat 22:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə aşkarlanan 1 ədəd bağlamaya baxış zamanı ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitəyə (5 kq 200 qram “marixuana”, 4 kq 200 qram “tiryək”, 1kq 100 qram “heroin”) bənzər maddələr və 2000 ədəd psixotrop tərkibli Metadon M40dərman preparatı aşkarlanaraq götürülüb.

Aprel ayının 2-də saat 23:17 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 naməlum şəxsin əraziyə yaxınlaşması sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ­lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb. Saxlanılan şəxsin 1997-ci il təvəllüdlü Ağsu rayonu Qaraqaşlı kənd sakini Quliyev Nicat Vahid oğlu olması müəyyənləşdirilib. Onun üzərindəki bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 20 kiloqram 325 qram narkotik vasitəyə (14 kq 460 qram “marixuana”, 450 qram“metamfetamin”, 510 qram“heroin”, 4kq905 qram “tiryək”) bənzər maddələr, 957 ədəd və 10 qram ovulmuş şəkildə dərman preparatı aşkar olunaraq götürülüb.

Aprel ayının 3-də saat 12:22 radələrində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınıb. Sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıb. Keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Araz çayı boyu ərazidə aşkarlanmış 1 ədəd bağlamaya baxış zamanı çəkisi 3 kq 545 qramnarkotik vasitəyə (“marixuana”)bənzər maddə, 200 ədəd psixotrop tərkibli Metadon M40 dərman preparatı və 400 ədəd üzərində B2 nişanəsi olan psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »