Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq minaya düşən buldozerlə bağlı məlumat yayıb
Baş Prokurorluq minaya düşən buldozerlə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ağdamda minaya düşən buldozerlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »