Yaşlı ana oğlu tərəfindən şiddətə məruz qaldı.
Bizimyol.info xəbər verir ki, hadisə İstanbulda Sancaqtepe adlanan ərazidə baş verib. Oğul əvvəlcə yolun ortasında anasını döyüb, sonra isə yaşlı anasına silah çəkib.
Yaxınlıqdakı avtobus dayanacağında olan insanlar bunu görərək qadına kömək etməyə çalışıblar.
Hadisə yerinə polis əməkdaşları gəlib və ana, çəkdiyi işgəncələrə baxmayaraq, yenə də oğlunu qorumağa çalışıb. Lakin bu nəticə verməyib və küçənin ortasında anasını döyən Hüseyn Balcı polis tərəfindən saxlanılıb.
Onuda qeyd edək ki, Hüseyn Balcının evində axtarış aparılan zaman iki sənədsiz silah akşarlanıb,
Hazırladı: Leyla






