Türkiyədə dəhşətli avtobus qəzası baş verib.
Bizimyol.info xəbər verir ki, Manisanın Soma rayonunda yük maşını ilə avtobus toqquşub. Türk mediasının verdiyi ilkin məlumatlara görə, yol qəzasında 9 nəfər dünyasını dəyişib, 30 nəfər isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım, xilasetmə və polis əməkdaşları cəlb olunub.
İlk yardımdan sonra yaralılar təcili yardım maşınları ilə ətrafdakı ən yaxın xəstəxanalara aparılıb və onlara tibbi yardım göstərilib.
Hazırda hadisə yerində olan polis əməkdaşları tərəfindən araşdırmalar davam edir.
Qeyd edək ki, şəkillərdən də göründüyü kimi qəzadan sonra avtobusdan əsər qalmayıb.
Hazırladı: Leyla






