Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aktyor əlində şlanqla alovların içərisinə girdi
Məşhur aktyor əlində şlanqla alovların içərisinə girdi

“Doğduğun ev kaderindir” serialında Mehdi obrazını canlandıran məşhur aktyor İbrahim Çelikkol, Milasdakı alovun yaxınlaşdığı istilik elektrik stansiyasına gedərək yanğınsöndürmə işlərinə dəstək verib.

Bizimyol.info xəbər verir ki, dünən axşam hamının gözünün Türkiyədəki meşə yanğınlarında olduğu bir vaxtda, türk rəsmilərindən açıqlamalar gələrək, alovların istilik elektrik stansiyasına yaxınlaşdığı bildirilib. Bunu eşidən vətəndaşlar böyük təşvişə düşüblər. Daha böyük faciənin baş verməməsi, stansiyanın partlamasının qarşısını alamaq üçün həmin əraziyə yollanıblar.

Alovlarla mübarizə aparanlar içərisində türkiyənin məşhur aktyoru İbrahim Çelikkol da olub. O, alovların içərisinə nəhəng su şlanqı ilə girərək, yanğının yaxınlaşmasına mane olmağa çalışıb.

Çelikkolun bu hərəkəti sosial mediada böyük əks-səda doğurub.

Hazırladı: Leyla

Son xəbərlər
Bütün xəbərlər »