Yerevanda Mahatma Qandinin abidəsi yandırılıb.
Bizimyol.info xəbər verir ki, erməni mətbuatının verdiyi məlumata görə, hadisə yerli mətbuatda və sosial şəbəkələrin erməni seqmentində nəzərəçarpacaq rezonans doğurdu.
Məşhur Hindistanlı siyasətçinin ötən il ucaldılmış abidəsi rəsmi Yeni Dehliyə qarşı dostluq rəmzi kimi qəbul edilirdi. Ermənistanın Hindistanla kifayət qədər yaxşı əlaqələri var, üstəlik İrəvan Kəşmir ətrafında Pakistanla münaqişədə Hindistanın mövqeyini dəstəkləyir.
İrəvan meriyası hadisəni açıq-aşkar vandalizm adlandırdı.
Bələdiyyə sədrinin mətbuat katibi Hakob Karapetyan Sputnik Ermənistana verdiyi müsahibədə polisin hadisəni törədənləri tapıb cəzalandırılmasının vacib olduğunu bildirib.






