Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini T.Əliyev dekabrın 26-da saat 17 radələrində S.S.Axundov küçəsində bir nəfərin ona zor tətbiq edərək mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Z.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.(report)

Son xəbərlər
Bütün xəbərlər »