Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran, Rusiya və Çin Hind okeanında birləşdi

M.C.Zərif: “Hamı bilməlidir ki, bu dəniz təlimi heç bir dövlətə qarşı yönəlməyib”

İran, Rusiya və Çinin hərbi dəniz donanması Hind okeanının şimal hissəsi və Oman körfəzində təlimlərə start verib. AYNA xarici KİV-ə əsasən xəbər verir ki, İranın hərbi dəniz qüvvələinin rəhbəri Qulamrza Tahaninin dediyinə görə, təlimlər sülh, dostluq, stabil təhlükəsizlik şərəfinə aparılır.

Məlumatda bildirilir ki, “Dəniz təhlükəsizliyi zolağı” adı altında keçirilən təlimlər dekabrın 27-dən 30-dək davam edəcək. Təlimlərdə ölkələrin dəniz əməliyyatlarıyla bağlı təcrübə mübadiləsi də aparılacaq. 17 min kvadrat kilometr su sahəsində keçirilən təlimlərlərdə dəniz quldurluğu, terrorla mübarizədə dəniz qüvvələrinin fəaliyyətinə də baxılacaq.

Bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali ətraflı məlumat yayıb. Öz növbəsində İran silahlı qüvvələrinin rəsmisi Əbülfəzl Şəkərçi də fikirlərini paylaşıb. İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də vurğulayıb: “Hamı bilməlidir ki, bu dəniz təlimi heç bir dövlətə qarşı yönəlməyib”.

Qeyd edək ki, rəsmi Pentaqon təlimlərin ABŞ tərəfindən izlənildiyi barədə bəyanat verib.

Son xəbərlər
Bütün xəbərlər »