Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cinayətkarın ailəsi yeddi ildə iki dəfə cekpot udub - Foto

Böyük Britaniyada mobil tətbiqetmədən 900 min funt sterlinq (1989540 AZN) qazanılıb. Lakin hər kəsi bu məbləğin miqdarı deyil, onun kimin qazanması heyrətləndirib. Qəddarcasına cinayət törədən və buna görə 30 il müddətinə azadlıqdan məhrum edilən qatilin ailəsi artıq ikinci dəfədir ki, cekpotu udub.

Bu barədə “The Sun” xəbər verib.

Bildirilir ki, bundan əvvəl qatil Kiaran Stapletonun xalası Mendi Berces 1000000 funt sterlinq (2210600 AZN) pul udmuşdu.

Yerli sakinlər bu təsadüfdən təəccüblənərək qatil ailəsinin bəxtinin belə gətirməsini “iyrənc hal” adlandırıblar.

Nəşrdə bildirilir ki, Stapleton 2011-ci ildə Hindistandan olan 23 yaşlı tələbə Anuca Bidveni başından güllələmişdi.(oxu.az)

Kiaran Stapleton

Son xəbərlər
Bütün xəbərlər »