Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pişik sahibini pis mahnı oxuduğuna görə cəzalandırdı - Video

Heyvanların da musiqi zövqü olurmuş. Qreq Molikin pişiyinin hər mahnı xoşuna gəlmir. Elə buna görə də Harvi adlı pişik öz sahibini cəzalandırıb.

Bizimyol.info xəbər verir ki, Qreq Molik çarpayıda uzanıb, “Queen” qrupunun “Under Pressure” mahnısını zümzümə edirmiş.

Bu, həmin vaxt çarpayının yaxınlığında stolun üstünə çıxmış pişiyin diqqətini çəkib. Sahibinin musiqini ifa etmə tərzi onun xoşuna gəlməyib. Səsdən qıcıqlanan heyvan Qreq Molikin qollarını dişləməyə başlayıb.

Qreq Molik oxumağı dayanandıranda pişik də sakitləşib. Pişiyin "ağıllı" davranışını əks etdirən videogörüntülər Youtube şəbəkəsində sürətlə populyarlıq qazanmaqdadır.

Son xəbərlər
Bütün xəbərlər »