Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış alimdən aclıq çağırışı
Professor Saleh Məmmədov: "Azərbaycanda lazım olduğundan 4-5 dəfə çox yeyirlər"

"Autofagiya - aclıqla müalicə yapon alimi Yosuneri Osumi tərəfindən tibbə gətirilmiş, özü-özünü ye. mək mənasını verir. Y. Osumi bu tədqiqata görə 2016-cı ildə Nobel mükafatı almışdı. Amma aclıqla müalicə Hippokratdan başlayır, bütün peyğəmbərlər, əksəriyyət alimlər və xadimlər bu müalicə üsulundan istifadə etmişlər.

Bizimyol.info xəbər verir ki, bunu tanınmış iqtisadçı alim, professor Saleh Məmmədov öz faysbuk profilində yazıb. Alim daha sonra öz təcrübəsini bölüşür: "20 illik öz şəxsi təcrübəmdən aldığım qeyri adi və yüksək nəticəyə əsasən bütün insanlarımıza təklif edirəm: bu nəzəriyyəni çox dərindən öyrənib tətbiq edin. Həmin alimlərin tədqiqinə və şəxsi təcrübəyə əsasən deyə bilərəm ki, əksəriyyət insanlar, xüsusilə "istehlakçı cəmiyyətlər", məsələn, bütün müsəlmanlar (Azərbaycan daxil) lazım olduğundan 4-5 dəfə çox qida qəbul edirlər, bu orqanizmi sürətlə fiziki aşındırır, müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qısa və uzun müddətli aclıq isə sağlam hüceyrələr tərəfindən zəif və xəstə hüceyrələrin aradan qaldırılmasına və orqanizmin təmizlənməsinə, gəncləşməsinə səbəb olur. Xəstə hüceyrələr ləğv olunduqdan sonra orqanizmdə hər hansı xəstəlik qala bilməz.

Aclıqla təcili cərrahiyyə tələb olunacaq xəstəliklərdən başqa bütün xəstəlikləri yenmək olur. Buna hər kəsin diqqət yetirməsi lazımdı".

Son xəbərlər
Bütün xəbərlər »