Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda evdən İraq vətəndaşının meyiti tapıldı

Bakıda xarici vətəndaşın meyiti tapılıb.

Hadisə paytaxtın Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

İraq vətəndaşı, 1968-ci il təvəllüdlü Waad Khazrajinin meyiti kirayədə yaşadığı evdə aşkar edilib. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəblərini müəyyənləşdirilməsi istiqamətində müvafiq məhkəmə tibbi ekspertizaları təyin olunub.

“Report” bildirir ki, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »