Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nazirlər bölgələrdə qabaqcadan hazırlanmış şikayətçilərlə görüşür"

Osman Gündüz: “Belə qəbullar səmərəsizdir – vaxt və vəsait itkisi deməkdir”

Nazirlərin bölgələrdə vətəndaşlarla görüşləri, ediləcək şikayətlər qabaqcadan hazırlanır. Əvvəlcədən hazırlanmış 5-10 şikayətçi qəbul edilir, tapşırıqlar verilir.

Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz öz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, belə qəbullar səmərəsizdir. O yazıb ki, nazirin hər hansı bir rayonda görüşündən əvvəl ora Nazirliyin əməkdaşları, televiziya və media nümayəndələri göndərilir, yerli hakimiyyət orqanları “naziri qarşılamaq və yola salmaq” üçün tam səfərbər olunur. Ekspert bildirir ki, cəmi 5-10 şikayətçini qəbul etmək üçünçox böyük inzibati resurslar cəlb edilir, vaxt və dövlət vəsaiti səmərəsiz xərclənir.

Osman Gündüz bundan fərqli olaraq Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun Facebook-da canlı yayımla vətəndaşların həm əvvəlcədən toplanmış, həm də real vaxt rejimində verilən sualları cavablandırmasını dafa effektli sayıb və bunu başqa qurumların rəhbərlərinə misal gətirib. Oyazır ki, Vüsal Hüseynovu canlı yayımda 21 mindən çox insan canlı izləyərək suallarını verib. 1100 nəfərdən çox adam bəyənib. 285 paylaşım edilib. 500-ün üstündə şərh yazılıb.

Son xəbərlər
Bütün xəbərlər »