Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biləsuvarda atasının danladığı 9-cu sinif şagirdi özünü öldürdü

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Bizimyol.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. Yaxınları onun meyitini səhər saat 6 radələrində aşkar ediblər.

İntihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, A.Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alırmış.

Son xəbərlər
Bütün xəbərlər »